Lerikdə yük maşını dərəyə aşıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.
Astara sakini - 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Xəsarətlər alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.
