AZ

SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın "Ukrnafta" şirkəti mövcud əməkdaşlığın cari vəziyyətini, inkişaf perspektivlərini müzakirə edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy arasındakı görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.

Seçilən
9
50
fed.az

10Mənbələr