AZ

WUF13 çərçivəsində maarifləndirici treninqlərin iştirakçılarının sayı açıqlandı

Bakı. Trend:

Bakıda XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlıqçərçivəsində inklüzivliyin təmin edilməsi və personalınməlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş maarifləndiricitəlimlər keçirilir.

Trend xəbər verirki, bu barədə "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin Müyəssərlikvə İnklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli Bakıda forumahazırlıq çərçivəsində ADA universitetində KİV nümayəndələri üçünkeçirilən məlumatlandırıcı sessiyada bildirib.

Onun sözlərinə görə, tədris materialları hazırlanıb və artıqonun ümumilikdə 4200 nəfərin iştirakı ilə tətbiq prosesinəbaşlanılıb.

O qeyd edib ki, təlimlər avtobus və taksi sürücüləri (800nəfər), təhlükəsizlik xidmətlərinin əməkdaşları (200 nəfər),könüllülər (3000 nəfər), hava limanı işçiləri (100 nəfər) vəqonaqların qarşılanması xidmətinin işçi heyəti (70 nəfər) üçünkeçirilir.

Leyla Səfərli vurğulayıb ki, təlimlərin əsas məqsədi beynəlxalqforum ərəfəsində inklüziv mühitin formalaşdırılması və xidmətkeyfiyyətinin artırılmasıdır.

Məqalədə:
Seçilən
65
1
az.trend.az

1Mənbələr