AZ

"Rossotrudniçestvo"ya yeni rəhbər təyin edildi

BAKI, 27 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin "Rossotrudniçestvo"nun rəhbərini dəyişib.

Teleqraf xəbər verir ki, dövlət başçısının imzaladığı fərmanla İqor Çayka qurumun yeni rəhbəri təyin olunub.

V.Putinin digər fərmanı ilə Yevgeni Primakov "Rossotrudniçestvo"nun rəhbəri vəzifəsindən azad edilib.

Qeyd edək ki, İqor Çayka buna qədər müxtəlif ictimai və biznes layihələrində rəhbər vəzifələrdə çalışıb.

Sənəd imzalandığı gündən qüvvəyə minib.

Seçilən
24
teleqraf.com

1Mənbələr