AZ

Rusiyanın Odessaya kütləvi hücumu: qurbanların sayı 14-ə çatdı

Rusiyanın Ukraynanın Odessa şəhərinə gecə saatlarında həyata keçirilən pilotsuz uçuş aparatı hücumu nəticəsində yaralananların sayı 14 nəfərə çatıb.

Turkustan.az xəbər verir ki,, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Telegram hesabında açıqlama verib.

O bildirib ki, yaralananlar arasında iki uşaq da var. Əsasən qəlpə xəsarətləri alan beş nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl hücum nəticəsində 13 nəfərin yaralandığı bildirilmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
turkustan.az

1Mənbələr