AZ

Milli Məclisin sədri Sahibə Qafarova Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb -Fotolar



Milli Məclisin sədri Sahibə Qafarova Sudan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.


Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün tamam olacağı qeyd olunaraq, bu gün iki ölkə arasında münasibətlərin inkişafı üçün imkanların mövcud olduğu bildirilib. Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın 2019 və 2024-cü illərdə ölkəmizə səfərlər etdiyi, ötən il isə Antalya Diplomatik Forumu çərçivəsində ölkə başçıları arasında görüş keçirildiyi vurğulanıb. Bu təmaslar zamanı münasibətlərin inkişafı üzrə istiqamətlərin müəyyən olunduğu bildirilib.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycanla Sudanın Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurla əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini söyləyib. O, Milli Məclisin də gələcəkdə Sudan tərəfi ilə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.

Səfir Ənəs Eltayeb Elqaylani Azərbaycan Milli Məclisinin fəaliyyətini yaxından izlədiyini, ölkəsinin Azərbaycanın beynəlxalq parlamentlərarası dialoq və əməkdaşlığın inkişaf etdirilməsində öncül rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdə humanitar sahədə də mövcud əlaqələr nəzərdən keçirilib, sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.




Seçilən
71
7
aia.az

9Mənbələr