Livan prezidenti Cozef Aun İsraillə mümkün danışıqlar prosesinə dair ölkəsinin mövqeyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, o vurğulayıb ki, atəşkəs istənilən danışıqlar üçün əsas və dəyişməz şərtdir.
Livan Prezident Aparatının məlumatına görə, Aun Nəbatiyyə əyalətinin Hasbaya şəhəri və Hermon dağına yaxın Ərkub bölgəsindən gələn nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxunub.
Prezident bildirib ki, Livan tərəfi vasitəçilik səyləri çərçivəsində ABŞ-a əvvəlcədən atəşkəsin danışıqlar üçün ilkin şərt olduğunu çatdırıb. Onun sözlərinə görə, bu mövqe müxtəlif səviyyəli görüşlərdə də təkrar ifadə olunub.
Aun qeyd edib ki, ABŞ Dövlət Departamentinin əvvəlki açıqlamalarında İsrailin Livana qarşı quru, dəniz və hava hücumları həyata keçirməyəcəyi ilə bağlı mesajlar yer alıb.
Sonda o vurğulayıb ki, bu yanaşma Livan dövlətinin rəsmi mövqeyidir və bundan fərqli şərhlər onlar üçün məcburi hesab olunmur.
Aytən Yaşar/ Turkustan.az