Bakı. Trend:
Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerjisahəsini fəal şəkildə inkişaf etdiririk.
Trend xəbərverir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiyabiznes-forumunda çıxışı zamanı deyib.
Planımızın 2032-ci ilə qədər Günəş, külək və hidroelektrikenerjidən 8 giqavat əldə etmək olduğunu söyləyən və bunun təkcəplanlara yox, artıq imzalanmış müqavilələrə əsaslandığını diqqətəçatdıran dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün çoxlu sahəişləri aparılmalıdır.