AZ

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycan və Almaniya arasındaticarət əməliyyatlarının həcmi 295,2 milyon ABŞ dolları təşkiledib.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2025-ci ilin eyni dövrünün göstəriciləri iləmüqayisədə 237,8 milyon ABŞ dolları və ya 1,8 dəfə azdır.

Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsinin Azərbaycanınümumi ticarət dövriyyəsindəki payı 3,14 faiz təşkil edib.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Almaniyaya 142,1milyon ABŞ dolları dəyərində məhsul ixracı qeydə alınıb. Bu, ötənilin eyni dövrü ilə müqayisədə 146,1 milyon ABŞ dolları və yatəxminən 2 dəfə azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 153,1 milyon ABŞ dollarıdəyərində idxal əməliyyatı həyata keçirib ki, bu da 2025-ci ilineyni dövrü ilə müqayisədə 91,7 milyon ABŞ dolları və ya 1,6 dollarıazdır.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatlarıaparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞdolları və ya 21,9% azdır.

İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞdolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya29,3% azalıb.

Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğindəmüsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyonABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Məqalədə:
Seçilən
63
14
az.trend.az

10Mənbələr