AZ

Hökumətdən Aİ-92 benzini və dizel yanacağı ilə bağlı qərar

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

Marja xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), digər qazoyllar, o cümlədən dizel yanacağı 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) aksiz dərəcəsi müəyyənləşib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Beləliklə, qərara əsasən, 01 may 2026-cı il – 31 mart 2027-ci il tarixlərində idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində müəyyən edilir. Qərar daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunması məqsədilə qəbul edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də dəyişiklik edib. 2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək idxal olunan 205 min ton Aİ-92 benzini və 201 min ton dizel yanacağı üçün gömrük rüsumu 0% müəyyənləşib.

Qeyd edək ki, Dünya bazarında neft bahalaşdığı üçün, neft məhsulları, o cümlədən benzin də bahalaşıb. Qərarlar bahalaşmanın Azərbaycan bazarında hiss olunmasının qarşısını almaq üçün qəbul edilib. 

İş elanları AzVak.az-da

Nazirlər Kabineti aksiz qərarıƏli Əsədov qərarıaksiz dərəcələri dəyişiklikAİ-92 benzini aksiz vergisidizel yanacağı aksiz vergisiSOCAR benzin idxalıSOCAR dizel idxalıAzərbaycan yanacaq bazarı sabitlikaksiz vergisi 1 manatbenzinin aksiz dərəcəsi Azərbaycandizel yanacağı idxalı limiti205 min ton Aİ-92 benzin201 min ton dizel yanacağı idxalıAzərbaycan yanacaq təchizatıyanacaq bazarında sabitlik qərarı
Seçilən
1
5
marja.az

10Mənbələr