AZ

Lerikdə ölən sürücü müharibə veteranı imiş - FOTO

Lerik rayonundakı qəzada ölən şəxsin müharibə veteranı olduğu üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.

Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Mirseyidzadə idarə etdiyi "QAZ-66" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
7
20
yenisabah.az

10Mənbələr