AZ

Bir neçə rayonda qazKƏSİLƏCƏK

Balakən və Hacıqabul rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə aidiyyəti qurumlar məlumat yayıb.

Bildirilib ki, Balakən rayonunda qaz xətlərində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Qeyd olunub ki, aprelin 28-də saat 09:00-dan etibarən rayonun Katex və Beretbinə kəndlərində qazın verilişi müvəqqəti dayandırılacaq.

Məlumata görə, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Bildirilib ki, eyni zamanda sabah saat 10:00-dan etibarən “Rəncbər”, “Hacıqabul-2” və “Şirvan Əhali” ölçü qovşaqlarından da qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, Salyan Regional Qaz İstismar İdarəsinin məlumatına əsasən, bu addım yaz-yay mövsümü ilə əlaqədar qaz ölçü qovşaqlarında daraldıcı qurğuların yenilənməsi ilə bağlıdır.

Məlumata əsasən, təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi, Stansiya Nəvahi, Pirsaat və Qubalıbaloğlan kəndlərində, eləcə də 62 qeyri-yaşayış sahəsində (ümumilikdə 2716 abonent) qaz olmayacaq.

Bildirilib ki, həmçinin Şirvan şəhərinin bir hissəsində də (4705 abonent) qaz təchizatında fasilə yaranacaq.

 

Seçilən
41
redaktor.az

1Mənbələr