AZ

"Rusiya Yaxın Şərqdə sülh üçün hər şeyi etməyə hazırdır"

Rusiya Yaxın Şərqdə sülhün bərqərar olunmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı bildirib.

Bildirilib ki, Putin regionda sülhün mümkün qədər tez əldə olunmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, o, Rusiyanın bu istiqamətdə bütün imkanlarından istifadə etməyə hazır olduğunu deyib.

Məlumata görə, Rusiya Prezidenti görüləcək addımların həm İranın, həm də region xalqlarının maraqlarına uyğun olacağını qeyd edib.

Bildirilib ki, Putin Moskvanın mövqeyinin artıq tərəflərə yaxşı məlum olduğunu da əlavə edib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
2
redaktor.az

1Mənbələr