AZ

İtaliya müdafiə naziri: Avrasiya regionunda Azərbaycanın rolu fundamentaldır

“Azərbaycanlı həmkarım general-polkovnik Zakir Həsənovla səmimi görüş keçirdik. Avrasiya regionunda Azərbaycanın rolu fundamentaldır və ölkə İtaliya üçün əsas həmsöhbət, həm də enerji sektorunda strateji tərəfdaşdır”.

Aznews.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto öz “X” hesabında yazıb.

Nazir İran PUA-ları tərəfindən Azərbaycanın hücuma məruz qalmasını qəti şəkildə pislədiyini, eyni zamanda gərginliyin idarə olunmasında Bakının nümayiş etdirdiyi tarazlıq və məsuliyyət hissini yüksək qiymətləndirdiyini bildirib.

Seçilən
9
4
aznews.az

5Mənbələr