AZ

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süni intellekt infrastrukturuna çəkilən xərclər bəzi hallarda əmək haqqı fondunu üstələməyə başlayıb.Bizim.Media bu barədə “gazeta.ru”ya istinadla xəbər verir.“Mənim komandam üçün hesablama resurslarının dəyəri əməkdaşlara çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyir”, — deyə “Nvidia”nın vitse-prezidenti Brayan Katanzaro “Axios”a bildirib.“Gartner”in proqnozlarına görə, 2026-cı ildə qlobal İT xərcləri 2025-ci illə müqayisədə 13,5% artaraq 6,31 trilyon dollara çatacaq.Bu artım süni intellekt sahəsində infrastruktur, proqram təminatı və bulud xidmətlərinin inkişafındakı davamlı dinamika ilə bağlıdır. Bununla belə, hətta ən böyük şirkətlər belə, uzunmüddətli perspektivdə bu investisiyaların özünü doğrultduğunu (rentabelliyini) hələ sübut etməlidirlər.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
bizim.media

7Mənbələr