AZ

"Fənərbağça" baş məşqçisini göndərdi

BAKI, 27 aprel. TELEQRAF

Türkiyə Superliqasl təmsilçisi “Fənərbağça” baş məşqçi Domeniko Tedesko ilə yollarınl ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“İdarə heyətimizin keçirdiyi iclasda qəbul edilən qərarlara əsasən;

Baş məşqçimiz Domeniko Tedesko və onun məşqçi heyəti ilə yollarımız ayrılmışdır.

İdman direktorumuz Devin Özek və futbol üzrə koordinatorumuz Berke Çələbi ilə də əməkdaşlığa son verilməsi qərara alınmışdır.

Onlara klubumuza verdikləri töhfələrə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.

Köməkçi məşqçimiz Zeki Murad Göle mövsümün qalan oyunlarında komandamızı baş məşqçi kimi meydana çıxaracaq”.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis ötən ilin sentyabrından “Fənərbağça”nı çalışdırıb.

Seçilən
19
22
teleqraf.com

10Mənbələr