AZ

“Bakı Metropoliteni” QSC-nin 2026-cı ilin ilk rübü üzrə iclası keçirilib

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” (AZCON) publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının 2026-cı ilin ilk rübü üzrə iclası keçirilib.

Tədbirdə Bakı Metropoliteninin cari fəaliyyəti, icra olunan layihələrin vəziyyəti və əsas əməliyyat göstəriciləri müzakirə olunub.Həmçinin  sərnişin daşımalarının təşkili, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumatlar təqdim edilib.

Müşahidə Şurası qarşıdakı dövr üçün prioritet vəzifələri müəyyənləşdirib və strateji hədəflərə uyğun qərarlar qəbul edib.

Qeyd edək ki, AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiqini, həmçinin müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
6
5
azerbaijan-news.az

6Mənbələr