AZ

KİV: Vens Pentaqonun İranla bağlı məlumatlarına şübhə ilə yanaşıb

BAKI, 28 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti J. D. Vance İran ətrafında gedən münaqişə ilə bağlı Pentaqonun təqdim etdiyi məlumatlara şübhə ilə yanaşıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı yüksək vəzifəli amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, qapalı görüşlərdə Vens dəfələrlə müdafiə qurumunun münaqişəni necə təqdim etdiyini sual altına alıb.

Qeyd edək ki, daha əvvəl “Axios” portalı İranın ABŞ-yə əvvəlcə Hörmüz boğazını açmağı, daha sonra isə uran məsələsini müzakirə etməyi təklif etdiyini yazmışdı.

Seçilən
9
50
teleqraf.com

10Mənbələr