ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanda ad günü məclisi faciəyə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında baş verib.
Hər şey Citu Siani adlı kişinin ad günü tortunu kəsərkən başlayıb. Belə ki, Citunun 3 dostu tortu zarafatyana onun üzünə sürtüblər. Bu, Citunun xoşuna gəlməyib və aralarında narazılıq yaranıb. Məclisi tərk edən dostlar az sonra silahla qayıdıblar və hər üçü həyatından olub. Kimin birinci atəş açdığı bilinməsə də, qatilin Citu olduğu dəqiqdir.
Qeyd edək ki, Citu Siani dostlarını qətlə yetirdikdən sonra gizlənməyi bacarıb. Polis hələ də onun yerini müəyyənləşdirə bilməyib.L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.