AZ

İsrailin Livanın cənubuna zərbələri nəticəsində 4 nəfər ölüb, 50-dən çox yaralı var

BAKI, 28 aprel. TELEQRAF

İsrailin Livanın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, hücumlar nəticəsində 4 nəfər ölüb, 51 nəfər isə xəsarət alıb.

Məlumata görə, zərbələr əsasən ölkənin cənub rayonlarını hədəf alıb.

Seçilən
18
23
teleqraf.com

10Mənbələr