AZ

Kneissl: İran görür ki, Qərb danışıqlar platformaları rolunu itirir

BAKI, 28 aprel. TELEQRAF

İran hesab edir ki, ənənəvi Qərb danışıqlar platformaları əvvəlki əhəmiyyətini itirir və qlobal diplomatiya getdikcə Şərq istiqamətinə yönəlir.

Teleqraf xəbər verir ki, bu fikri Avstriyanın sabiq xarici işlər naziri Karin Kneissl səsləndirib.

O qeyd edib ki, İran hökumətinin hazırkı diplomatik fəaliyyətinə baxdıqda danışıqların artıq fərqli coğrafiyalarda aparıldığı aydın görünür. Kneisslin sözlərinə görə, Sankt-Peterburq İranın “mekik diplomatiyası” çərçivəsində İslamabad və Maskatdan sonra növbəti dayanacağına çevrilib.

“Əvvəllər bu cür danışıqlar Nyu-York, Paris və ya Cenevrədə keçirilərdi. Zaman dəyişir və istiqamətlər də dəyişir”, - deyə o bildirib.

Kneissl əlavə edib ki, gələcəkdə daha çox rasional qərarların qəbul olunacağına ümid edir, lakin peşəkar və səriştəli danışıqlar aparanların daha çox Süveyş kanalının şərqində yerləşdiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Görüşdə tərəflər regional sabitlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Əraqçi bildirib ki, Moskva ilə Tehran arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və gələcəkdə daha da möhkəmlənəcək. O, həmçinin Rusiyanın İrana göstərdiyi dəstəyə görə təşəkkür edib.

Seçilən
27
28
teleqraf.com

10Mənbələr