AZ

ABŞ dövlət katibi: İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam

ABŞ dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçi ilə heç vaxt əlaqə saxlamadığını bildirib.

"Far.Az"un məlumatına görə, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

"Mən heç vaxt İranın xarici işlər naziri ilə danışmamışam. Dediyim kimi, o, nadir hallarda insanlarımızla ünsiyyət qurub. Bunlar əsasən dolayı danışıqlardır", - Rubio qeyd edib.

Onun sözlərinə görə, son həftələr İslamabadda keçirilən görüşlərlə bağlı bəzi birbaşa əlaqələr olub.

"Lakin onlarla birbaşa əlaqələr çox nadir, çox məxfidir və yalnız onların sistemindəki bir və ya iki nəfər vasitəsilə baş verir", - dövlət katibi əlavə edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparmağa çalışıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya aldığını elan edib. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Seçilən
25
29
far.az

10Mənbələr