AZ

İsrail XİN başçısı: Ukraynanın taxıl gəmisilə bağlı ittihamları əsassızdır

BAKI, 28 aprel. TELEQRAF

İsrailin xarici işlər naziri Gideon Sa'ar Ukraynanın İsrailin Rusiyanın yeni bölgələrində yığılmış taxılı aldığına dair iddialarını əsassız adlandırıb.

Teleqraf xəbər verir ki, nazir bu ittihamları təsdiqləyəcək hər hansı sübutun təqdim olunmadığını vurğulayıb.

“İttihamları təsdiqləyən sübutlar indiyədək təqdim edilməyib. Siz mediaya və sosial şəbəkələrə müraciət etməzdən əvvəl hüquqi yardım üçün belə müraciət etməmisiniz”, - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi İsrail səfirini çağıraraq ona etiraz notası təqdim etmək qərarı verib.

Seçilən
12
25
teleqraf.com

10Mənbələr