AZ

ABŞ: "Xameneyinin ölümü ilə bağlı sübut yoxdur" » AzadMedia.az


Vaşinqtonda İranın ali liderinin öldüyünə dair sübutların olmadığı bildirilir, eyni zamanda Tehran Xameneyinin sağ olduğunu iddia edir. Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə görə, ABŞ İranın ali lideri Möctəba Xameneyinin sağ olduğunu hesab edir. Rubio bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
“Bəli, bunun belə olduğuna dair müəyyən məlumatlarımız var. Aydındır ki, onlar (İran tərəfi – red.) bunu iddia edirlər. Bunun əksini sübut edən dəlillərimiz yoxdur”, – deyə Marko Rubio bildirib.
Aprelin əvvəlində The Times qəzeti kəşfiyyat məlumatlarına istinadən yazmışdı ki, Xameneyi müalicə alır və qərarların qəbulunda iştirak etmir.
Ötən həftə isə The New York Times nəşri xəbər vermişdi ki, İranın ali lideri qərar qəbul etmə səlahiyyətlərini müvəqqəti olaraq generallara həvalə edib. Bildirilir ki, Möctəba Xameneyi ayıq şüurdadır, lakin onu hələ bir neçə əməliyyat gözləyir.
Seçilən
8
50
azadmedia.az

10Mənbələr