AZ

Merts ABŞ və İsrailin İrana yanaşmasından narazıdır

Almaniya kansleri Avropanın münaqişənin həlli üçün diplomatik yol təklif etdiyini bildirib...

Almaniyanın kansleri Fridrix Merts ABŞ və İsrailin İrana münasibətdə atdığı addımlardan məyus olduğunu açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə DPA Agentliyi məlumat yayıb. Merts bildirib ki, ABŞ ilə sıx əməkdaşlığa baxmayaraq, Avropanın münaqişənin həlli ilə bağlı öz baxışı mövcuddur və bu yanaşma daha çox diplomatik səylərə əsaslanır.

Onun sözlərinə görə, ABŞ və İsrailin bir neçə gün ərzində əldə etməyə çalışdığı “problemin həlli” reallaşmayıb. Kansler vurğulayıb ki, məhz buna görə Avropa tərəfi münaqişənin həlli üçün diplomatik təşəbbüsləri gücləndirmək niyyətindədir.

Aprelin 25-də Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan etmişdi ki, ölkənin hərbi-dəniz qüvvələri Hörmüz boğazında minalardan təmizləmə əməliyyatlarında iştirak edə bilər. Fridrix Merts isə bu təklifin regionda hərbi əməliyyatlar dayandırılacağı təqdirdə qüvvədə qalacağını təsdiqləyib.

Bundan əvvəl, mart ayında Almaniyanın xarici işlər naziri Yohann Vadeful İranda müxalifətlə danışıqlar aparıldığını bildirmişdi. Onun sözlərinə görə, İranda hakimiyyət dəyişikliyinə hərbi üsullarla nail olmaq mümkün deyil və bu cür dəyişikliklər yalnız daxili proseslər nəticəsində baş verə bilər.

Poliqon.info

Seçilən
10
31
poliqon.info

10Mənbələr