AZ

ABŞ və İran münaqişədən əvvəlki vəziyyətə qayıdışı müzakirə edir

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ və İran arasında mümkün sülh razılaşmasının ilk mərhələsi tərəflərin münaqişədən əvvəlki status-kvoya qayıtması ola bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, tərəflər arasında danışıqların ikinci raundu hələ baş tutmasa da, onların mövqeləri “göründüyü qədər uzaq deyil”. Bildirilir ki, hazırda intensiv şəkildə pərdəarxası diplomatik fəaliyyət aparılır və bu proses mərhələli nizamlanmaya yönəlib. Bu planın ilk addımı kimi Hörmüz boğazından sərbəst keçidin bərpası və tərəflərin münaqişədən əvvəlki mövqelərə qayıtması nəzərdə tutulur. İranın nüvə proqramı isə daha sonrakı mərhələdə müzakirə ediləcək.

Telekanalın məlumatına əsasən, vasitəçilər razılaşmanın əldə olunması üçün hər iki tərəfə təzyiq göstərir və qarşıdakı bir neçə gün danışıqlar prosesi baxımından həlledici ola bilər.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıb. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtondan bildirilib ki, bir sıra ziddiyyətlər səbəbindən uzunmüddətli nizamlanma ilə bağlı razılıq əldə olunmayıb. Yeni danışıqlar raundunun detalları isə hələ açıqlanmayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
35
icma.az

10Mənbələr