AZ

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində olublar

Bakı.Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-dəŞəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmətmüəssisəsini ziyarət ediblər.

Trend xəbərverir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisəninfəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçünyaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsiistiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilibki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi AzərbaycanRespublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanıntəşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusihazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsindəuşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatrməşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqlarınyaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əksetdirən çıxışlar maraqla qarşılanıb.

Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləriçəkdirilib, hədiyyələr təqdim edilib.

Seçilən
7
50
az.trend.az

10Mənbələr