AZ

Böyük Britaniya kralı III Çarlz və kraliça Kamilla ABŞ-də səfərdədirlər

Böyük Britaniyanın kralı III Çarlz və kraliça Kamilla ABŞ-nin Merilend ştatındakı Endryus birgə hərbi bazasına eniş ediblər. Bu barədə “The Guardian” məlumat yayıb.

CNN bildirir ki, Böyük Britaniya kralı və kraliçasını Ağ evdə ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayacaqlar. Bundan sonra onlar Yaşıl otaqda qapalı çay süfrəsində iştirak edəcək, bağda keçiriləcək tədbirə qatılacaq, daha sonra isə Ağ ev qarşısında hərbi baxış da daxil olmaqla rəsmi mərasimlərdə iştirak edəcəklər. III Çarlz həmçinin Konqresdə birgə müraciətlə çıxış edəcək, bundan sonra dövlət şam yeməyinə qatılacaq.

Kral və kraliçanın səfəri ABŞ-nin müstəqilliyinin 250 illiyi ilə əlaqələndirilib. III Çarlz və Kamilla ABŞ-də dörd gün dövlət səfərində olacaqlar. CNN-in məlumatına görə, aprelin 26-da Ağ ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma səbəbindən Britaniya kral ailəsinin ABŞ-dəki bir və ya iki görüşündə kiçik dəyişikliklər ediləcək.

Seçilən
8
38
banker.az

10Mənbələr