AZ

10 il ərzində Çin əhalisi 60 milyon AZALACAQ?

Çin əhalisinin növbəti 10 ildə azalması təxminən 60 milyona çata bilər ki, bu da Fransa əhalisinin (68,5 milyon nəfər) sayına yaxın göstəricidir.

Bizim.Media xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti “Rhodium Group” şirkətinin hesabatına istinadla məlumat yayıb.

Əsas səbəblərdən biri doğum səviyyəsinin kəskin azalmasıdır. Belə ki, 2025-ci ildə ölkədə 7,92 milyon uşaq doğulub ki, bu da 2024-cü illə müqayisədə 17 faiz azdır.

Bununla yanaşı, Çin əhalisi ardıcıl dördüncü ildir ki, azalır. Digər mühüm amillər kimi yaşayış xərclərinin artması və ictimai əhval-ruhiyyədəki dəyişikliklər göstərilir.
 

Tədqiqatda qeyd olunur ki, demoqrafik azalma artıq ölkə iqtisadiyyatına təsir etməyə başlayıb. 2025-ci ildə sosial təminat fondlarına büdcə subsidiyaları rekord həddə — 2,5 trilyon yuan (425 milyard dollar) təşkil edib ki, bu da ümumi büdcə xərclərinin 10,1 faizinə bərabərdir. Mövcud tendensiyalar davam edərsə, bu göstəricinin daha da artacağı gözlənilir.


SCMP-nin məlumatına görə, əmək bazarında nisbətən zəif şərtlər və gəlir artımının yavaşlaması əhalinin azalması prosesini sürətləndirə bilər.

Bu tendensiya kredit həcmlərinin və faiz dərəcələrinin azalmasına da səbəb ola bilər.

Bizim.Media

Seçilən
7
28
bizim.media

10Mənbələr