AZ

Lerikdə avtomobil aşaraq qəzaya uğradı, sürücü öldü

BAKI, 28 aprel. TELEQRAF

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə aprelin 27-də rayonun Dəster kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Mirseyidzadə Həmzə Pənah oğlu qohumuna məxsus “QAZ 66” markalı yük avtomobilini təmir etdikdən sonra nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayarkən idarəetməni itirib. Nəticədə avtomobil aşaraq qəzaya uğrayıb.

Sürücü aldığı xəsarətlərdən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
27
20
teleqraf.com

10Mənbələr