AZ

ABŞ və İran münaqişədən əvvəlki status-kvoya qayıtmağı müzakirə edir

İran və ABŞ arasında potensial sülh razılaşmasının birinci mərhələsi münaqişədən əvvəlki status-kvoya qayıtmaq ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, danışıqların ikinci mərhələsinin olmamasına baxmayaraq, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil. Mənbələr iddia edirlər ki, mərhələli həllə yönəlmiş aktiv pərdəarxası diplomatiya davam edir.

İlk addım Hörmüz boğazından sərbəst keçidin bərpası və eskalasiyadan əvvəlki əvvəlki mövqelərə qayıtmaq hesab olunur. Məlumata görə, İranın nüvə proqramı məsələsinin müzakirəsi sonrakı mərhələdə planlaşdırılır.

Həmçinin qeyd olunur ki, vasitəçilər tərəflərə razılığa gəlmək üçün təzyiq göstərirlər və qarşıdakı günlər danışıqlar prosesi üçün həlledici ola bilər.

Seçilən
10
50
ikisahil.az

10Mənbələr