AZ

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün Ermənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. 

Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi Zelenskinin səfəri ilə bağlı məlumatları gizli saxlamağa çalışır.

Qeyd olunur ki, mayın 4-də keçiriləcək sammit üçün Ermənistana dövlət və ya qurum başçıları səviyyəsində təxminən 50 yüksək səviyyəli nümayəndə heyəti gedəcək.

Xatırladaq ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub.

Ağarza Elçinoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
50
unikal.az

10Mənbələr