AZ

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “YuxarıBaş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar.

Trend xəbərverir ki, mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanın,xüsusilə Şəki bölgəsinin qədim keramika irsinin qorunması, bu sənətənənələrinin gələcək nəsillərə ötürülməsi və ölkəmizin mədəniirsinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanıdılmasınatöhfə verməkdir.

Qeyd olunub ki, mərkəzdə yerli sənətkarlar üçün əlverişliistehsal şəraiti yaradılıb, onların məhsullarının bazara çıxışı vəyaradıcılıq fəaliyyətinin inkişafı dəstəklənir.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva “ABAD”çı rəssamkeramistlərin fəaliyyəti ilə yaxından tanış olub, keramikaməhsullarının hazırlanması prosesində sənətkarlarla birlikdəiştirak ediblər. Sənətkarlar tərəfindən müxtəlif keramikanümunələrinin hazırlanmasında Leyla Əliyevanın rəsm əsərlərindənilham alındığı diqqətə çatdırılıb. Leyla Əliyeva əsərlərinəgöstərilən diqqətə görə keramistlərə təşəkkür edib, milli sənətənənələrinin qorunması və inkişafı istiqamətində fəaliyyətləriniyüksək qiymətləndirib, onlara yeni yaradıcılıq uğurlarıarzulayıb.

Sonda Mərkəzin kollektivi və sənətkarlarla xatirə şəkilləriçəkdirilib.

Leyla
Leyla
Leyla
Leyla
Seçilən
8
50
az.trend.az

10Mənbələr