Mövsümün sonunda Alvaro Arbeloa ilə yollarını ayıracaq "Real Madrid"in baş məşqçisi vəzifəsinə bir çox namizəd var.
Fanat.Az xəbər verir ki, onlardan biri və ən realı Lionel Messini və Argentinanı 2022-ci ildə dünya çempionu edən Lionel Skalonidir.
Bu iddianı jurnalist Manolo Lama "El Partidazo de COPE" verilişində səsləndirib.
O, bildirib ki, "Real Madrid" artıq Skaloni ilə əlaqə saxlayıb: "Əminliklə deyə bilərəm ki, "Real Madrid" Skaloni ilə əlaqə saxlayıb. Düzdür, "Real" bir çox məşqçi ilə maraqlanır. Amma bu, şübhəsizdir: klub Skaloni ilə əlaqə saxlayıb".
Xatırladaq ki, Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina millisini çalışdırır.
Mirağa