AZ

Tramp İranın təklifindən narazıdır

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranın hərbi əməliyyatlarındayandırılması üçün irəli sürdüyü təklifdən narazıdır və bu təklifİranın nüvə proqramını əhatə etmədiyi üçün ona skeptik yanaşır.

Trend xəbər verirki, bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyəistinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ağ Ev yaxın günlərdə öz cavabını və əkstəkliflərini təqdim edə bilər. “O, bu təklifi bəyənmir”, agentliyinhəmsöhbəti bildirib.

Tramp bazar günü İranın xarici işlər naziri Abbas Əraqçinintəklifi Pakistana təqdim etməsindən sonra, bazar ertəsi günü buməsələni müşavirləri ilə birlikdə götür-qoy edib.

CNN vəziyyətlə tanış olan iki mənbəyə istinadən xəbər verir ki,Trampın İranın planını qəbul etməsi ehtimalı çox aşağıdır.Amerikalı rəsmilərin sözlərinə görə, İranın uranınzənginləşdirilməsi və ehtiyatları ilə bağlı məsələlər həllolunmadan Hörmüz boğazında fəaliyyətin bərpası ABŞ-ni danışıqlardaəsas təsir rıçağından məhrum edə bilər. Digər tərəfdən, Hörmüzboğazının blokadasının davam etməsi enerji daşıyıcılarının yüksəkqiymətlər dövrünü uzadacaq ki, bu da artıq ABŞ-də qazın qiymətininkəskin artmasına səbəb olub, telekanalın mənbələri qeydediblər.

Telekanal qeyd edir ki, digər yandan amerikalı rəsmilər İranrejimi daxilində parçalanmadan hələ də narahatdırlar və potensialrazılaşma üzrə yekun qərarların kim tərəfindən qəbul edəcəyinə əmindeyillər.

Məqalədə:
Seçilən
24
50
az.trend.az

10Mənbələr