AZ

Dövlət qurumunda jurnalistlərin hərəkəti məhdudlaşdırıldı

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Jurnalistlər artıq Pentaqon ərazisində departament işçilərinin müşayiəti olmadan hərəkət edə bilməyəcəklər.

Modern.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. 

Məlumata görə, qərar Kolumbiya Dairəsi üzrə ABŞ Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilib.

Mart ayında Kolumbiya Dairəsindəki məhkəmə "The New York Times" (NYT) tərəfindən qaldırılan iddianı təmin edib. Daha sonra departamentə qəzetin yeddi müxbirinin icazəsini bərpa etmək və 2025-ci ilin oktyabrında tətbiq edilən akkreditasiya məhdudiyyətlərini ləğv etmək əmri verilib. Buna cavab olaraq, Pentaqon uzun müddətdir qərargahında yerləşən media iş sahəsinin dərhal bağlanmasını əmr edib. Bundan əlavə, departament rəhbərliyi müşayiət olunmayan jurnalistlərin girişini məhdudlaşdırıb.

Qeyd edək ki, 16 oktyabr 2025-ci ildə "Associated Press" agentliyi Pentaqon katibi Pit Heqsetin mediaya tətbiq etdiyi məhdudiyyətlər səbəbindən onlarla jurnalistin mətbuat icazələrini Pentaqona təhvil vermək qərarına gəldiyini bildirib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
50
modern.az

10Mənbələr