AZ

Tramp Tehranın təklifini birbaşa rədd etməyib, lakin…

ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası İranın münaqişənin dayandırılması ilə bağlı üçmərhələli təklifinə şübhə ilə yanaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” amerikalı rəsmi şəxslərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Tehranın təklifini birbaşa rədd etməyib. Lakin o, İranın Vaşinqtonun əsas tələbini — uranın zənginləşdirilməsindən imtinanı yerinə yetirmək istəmədiyini bildirib.
 

Məlumata əsasən, təklif Hörmüz boğazının açıq saxlanılması və İranın nüvə proqramı ilə bağlı müzakirələrin davam etdirilməsini nəzərdə tutur. Ağ Evdə bu məsələ ilə bağlı müzakirələr davam edir.


ABŞ administrasiyasının mövqeyinə görə, Tehran Hörmüz boğazının açıq qalmasına təminat verməli və zənginləşdirilmiş uranla bağlı Vaşinqtonun tələblərini qəbul etməlidir.

“The Wall Street Journal” qeyd edir ki, Ağ Ev yaxın vaxtlarda İranın təklifinə cavab və ya əks-təklif təqdim edə bilər.

Eyni zamanda, Tramp diplomatik səylərin nəticə verməyəcəyi halda hərbi əməliyyatların bərpa oluna biləcəyini istisna etməyib. Bununla belə, administrasiya daxilində onun münaqişənin daha da genişlənməsindən yayınmağa üstünlük verdiyi bildirilir.

Bizim.Media

Seçilən
33
50
bizim.media

10Mənbələr