AZ

"Zirə"nin futbolçusu 60-a çatdı

Misli Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub. 

Azərbaycan çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

Füzuli Məmmədov: "Sabah"a qarşı oynamaq çox çətindir"

Berdıyev: "O şansı gənc oyunçuların özləri qazanmalıdır"

"Sabah" addım-addım çempionluğa doğru - YENİLƏNİB

Rəşad Sadıqov Cəfərquliyev haqda: "Qurban müəllim belə qərar veribsə..."

“Zirə” Tovuz səfərindən 1 xalla qayıdıb - YENİLƏNİB

Seçilən
22
50
apasport.az

10Mənbələr