ain.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Rusiyada Ermənistandan olan mineral suyun satışı qadağan edildi
Rusiya dövlətinin "Çestnıy znak" (Dürüst nişan) işarələmə sistemi Ermənistana məxsus "Cermuk" mineral suyunun bir partiyasının oflayn və onlayn mağazalarda satışını dayandırıb.Oxuməni.az xəbər verir ki, bu barədə RBC məlumat verib.
İşarələmə operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin (PTİM) baş direktorunun müavini Revaz Yusupovun RBC-yə verdiyi məlumata görə, dövriyyədə olan 338 min şüşə su hazırda yoxlama başa çatanadək bloklanıb.
Dövriyyənin dayandırılmasına səbəb “Rospotrebnadzor”un (Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti) məktubu olub. Məktubda qurum "Rusiya vətəndaşlarının həyatına və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlər görülməsi zərurətini" qeyd edib. Bloklanmaya səbəb kimi "məcburi tələblərin pozulması" göstərilib.
17 fevral 2026-cı il və 5 mart 2026-cı il istehsal tarixləri olan məhsullar qadağa altına düşüb.
Almaz Həsənli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.