AZ

Nazir müavini: Azərbaycanda məşğulluq imkanları genişlənib

Azərbaycanda məşğulluq imkanları genişlənib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən ardıcıl sosial islahatların əmək münasibətləri sahəsini də əhatə etdiyini vurğulayıb. O, əmək müqavilələrinin sayında artım dinamikasını, əmək münasibətlərinin rəqəmsallaşdırıldığını qeyd edib. Nazir müavini "Əmək və Məşğulluq" altsisteminin digər üstünlükləri ilə yanaşı, əmək münasibətlərinə çevik və effektiv nəzarətin təmin edilməsində də xüsusi önəm kəsb etdiyini bildirib. Əməyin mühafizəsi sisteminin gücləndirilməsi sahəsində atılan addımları diqqətə çatdıran Zaur Əliyev son illərdə bu istiqamətdə profilaktik tədbirlərin genişləndirildiyini, beynəlxalq əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda əmək münasibətləri üzrə görülən tədbirlər BƏT tərəfindən müsbət qiymətləndirilir.

"Əmək münasibətərinin tənzimlənməsi sahəsində BƏT ilə geniş əməkdaşlığa malik olan Azərbaycan ötən dövrdə bu Təşkilatın 60 konvensiyasını və 1 protokolunu ratifikasiya edib. Bu göstərici ölkəmizi MDB məkanında ən çox BƏT sənədlərini qəbul edən dövlətlərdən birinə çevirir. Bununla da BƏT-in 4 əsas və 10 fundamental Konvensiyasını qəbul edən ölkə statusu təmin olunub", -deyə Zaur Əliyev vurğulayıb.

Nazir müavini deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri yüksək sürətlə davam etməkdədir:

"Bu ərazilərimizdə aparılan aparılan genişmiqyaslı bərpa işləri fonunda işçilərin sağlam və təhlükəsiz əməyinin təmin olunması xüsusi diqqət mərkəzindədir. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sisteminin ƏMAS ilə inteqrasiyası nəticəsində proaktiv nəzarət tədbirləri həyata keçirilir. Tədbirlər nəticəsində təxminən 13 min əmək müqaviləsinin bağlanılmasına nail olunub".

MƏLUMAT YENİLƏNİR

Seçilən
9
50
far.az

10Mənbələr