Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.
Milli.Az xəbər verir ki, 1970-ci il təvəllüdlü Həmid Edison oğlu Yarməmmədov idarə etdiyi VAZ-21043 markalı minik avtomobili ilə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Murad Möhübbət oğlu Zamanovu vurub.
Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.