Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib - FOTO
Paytaxtın daha 4 ərazisində təmir işləri icra edilib. Bu barədə 1news.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. "Həftəsonu daha 4 ərazidə təmir işləri icra edilib: 1. Rəşid Behbudov küçəsi (28 may-Ş.Bədəlbəyli küçələri arası) 2. Səməd Vurğun küçəsi (H.Ələsgərov-A.A. Bakıxanov küçələri arası) 3. Səməd Vurğun küçəsi (Füzuli-S.Əsgərova küçələri arası) 4. Heydər Əliyev prospekti (Ə.Qayıbov küçəsi ilə kəsişmə - köməkçi yol) Ümumilikdə təmir işləri 20 min kv.m-dən çox ərazini əhatə edib. Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar günləri icra edilib. Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!", - məlumatda qeyd olunub.