AZ

Fitch: Neft-qaz qiymətlərinin artımı Azərbaycanın dövlət büdcəsinə müsbət təsir göstərəcək

Bakı. Trend:

Neft və qaz qiymətlərinin artması Azərbaycanın həm xaricimaliyyə göstəricililərinə, həm də dövlət büdcəsinə müsbət təsirgöstərə və ölkənin 2026-cı ildə iqtisadi artım tempininsürətlənməsinə töhvə verə bilər.

Bu barədə Trend“Fitch Ratings” agentliyinə istinadən xəbər verir.

“Yaxın Şərqdəki müharibə fonunda karbohidrogenlərin daha dabahalaşması Azərbaycanın ikili profisitlərini gücləndirəcək. “FitchRatings”in baza ssenarisinə görə, 2026-cı ildə cari əməliyyatlarhesabının profisiti ÜDM-in 4,5%-i səviyyəsində qalacaq,konsolidasiya olunmuş büdcə profisiti isə Dövlət Neft Fondununaktivlərinin gəlirliliyinin gözlənilən azalmasına baxmayaraq ÜDM-in2,1%-nə çatacaq”,- deyə agentliyin hesabatında bildirilir.

Analitiklər 2025-ci ildə karbohidrogen hasilatının 1,6% azalmasıilə şərtlənən iqtisadi artımdakı kəskin azalmadan - onun 2024-cüildəki 4,1 faizdən 1,4 faizə enməsindən sonra, 2026-cı ildə artımınsürətlənəcəyini gözləyirlər.

“Fitch Ratings”in qiymətləndirməsinə görə, qeyri-neft sektorununiqtisadiyyatda payı dəyişkən olaraq qalır və böyük ölçüdə neftqiymətlərindən asılıdır. Bu göstərici 2015-ci ildəki 63,5%-likmaksimum səviyyədən 2022-ci ildə neft qiymətlərinin son 14 ilin ənyüksək həddinə çatması fonunda 9 faiz bəndi azalıb.

Agentlik həmçinin xidmət sektorunun- xüsusilə İKT və turizmin-töhfəsinin artdığını qeyd edir. Hər iki sahə 2025-ci ildə iqtisadiartıma 0,2 faiz bəndi əlavə edib.

Analitiklər vurğulayırlar ki, Azərbaycanın strateji coğrafimövqeyi, o cümlədən Xəzər dənizində yerləşən iri liman, onun OrtaDəhliz çərçivəsində tranzit qovşağı kimi əhəmiyyətini artırıb.Ukrayna müharibəsinin başlanmasından sonra quru yükdaşımalarınınhəcmi iki dəfədən çox artaraq 2022–2024-cü illərdə xidmət ixracınınorta hesabla 27%-nə çatıb, ÜDM-dəki payı isə 2,3%-ə yüksəlib.

Bundan əlavə, “Fitch Ratings” dövlət büdcəsinin qeyri-neftgəlirlərində əhəmiyyətli artımın olduğunu - 2022–2025-ci illərdəümumi həcmin təxminən yarısına (və ÜDM-in 13%-nə) çatdığını qeydedir.

Fiskal qaydaya əsasən, qeyri-neft kəsiri 2029-cu ilə qədərqeyri-neft ÜDM-in 13%-dən aşağı səviyyəsinə enməlidir (2024-cü ildə20,4%). Hesabatda vurğulanır ki, buna nail olmaq üçün qeyri-neftgəlirlərinin daha da artırılması və institusional bazanıngücləndirilməsi, o cümlədən nəzarətin sərtləşdirilməsi və aydınfiskal istiqamətlərin formalaşdırılması tələb olunur.

Məqalədə:
Seçilən
20
34
az.trend.az

10Mənbələr