AZ

Nigeriyada silahlı hücumda 11 nəfər həlak olub

Nigeriyanın şimal-qərbindəki Katsina ştatında baş verən silahlı hücumda 11 nəfər həlak olub.

Katsina ştatı polis sözçüsü Əbubəkr Sadik-Əliyu bildirib ki, hücum Qurbi kəndində baş verib.

Onun dediyinə görə, hücum nəticəsində 11 kənd sakini həlak olub, iki nəfər yaralanıb.

Təhlükəsizlik qüvvələri əraziyə yerləşdirilib və araşdırma başlayıb.

Uzun müddətdir ki, həm silahlı dəstələr, həm də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu (ISWAP) kimi terror təşkilatları Nigeriyanın müxtəlif yerlərində hücumlar həyata keçirməyə davam edir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
32
4
azerbaijan-news.az

10Mənbələr