AZ

Görünməz robotlar reallığa çevrilir: Türkiyənin yeni texnoloji həlli

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə texnologiya sahəsində yeni bir mərhələyə qədəm qoyur. Canlı orqanizmlərlə ağıllı dövrələrin inteqrasiyası nəticəsində yaradılan "Biohibrid Robot" layihəsi ölkənin kəşfiyyat və xilasetmə imkanlarını kökündən dəyişəcək.Demokrat.az xəbər verir ki, TÜBİTAK-ın SAVTAG qrupu tərəfindən "Biohibrid Robot (B-9) Hazırlanması" üçün rəsmi müraciət prosesi başladılıb.Layihənin məqsədi və funksiyalarıB-9 layihəsi çərçivəsində canlı orqanizmlər və mikroelektron komponentlərin vəhdətindən ibarət modulyar robotik platforma hazırlanacaq. Bu robotlar:* Uzaqdan idarə oluna biləcək;

* Ətraf mühitdən məlumat toplayaraq Yerüstü İdarəetmə Mərkəzinə ötürəcək;

* Çətin keçilən ərazilərdə tapşırıqları icra edəcək.

* Fəlakət zonalarında və taktik əməliyyatlarda istifadə ediləcəkYerli və milli imkanlarla hazırlanan bu robotlar klassik texnoloji həlləri üstələyəcək. Yeni nəsil kəşfiyyat infrastrukturu sayəsində robotlar fəlakət bölgələrində axtarış-xilasetmə, ətraf mühit və kənd təsərrüfatı müşahidələri, eləcə də aşağı görünmə qabiliyyəti tələb edən xüsusi taktik əməliyyatlarda istifadə olunacaq.Müraciət şərtləriMaksimum 36 ay davam edəcək layihə üçün müraciətlər iyunun 24-dək qəbul ediləcək. "Xidməti istifadə üçün" məxfi dərəcəsi ilə icra olunacaq layihədə iştirak edəcək qurumlardan və şirkət personalından xüsusi təhlükəsizlik sertifikatları tələb olunur.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
demokrat.az

1Mənbələr