AZ

IE Universitetinin prezidenti: "Azərbaycanla İspaniyanı innovasiyalara bağlılıq birləşdirir"

Azərbaycan vətəndaşlarının öz ölkələri, şəhərin inkişafı və gələcəyə dair pozitiv perspektivlərlə fəxr etmək üçün çoxlu səbəbləri var.

"Far.Az" xəbər verir ki, bunu İspaniyanın IE Universitetinin prezidenti Santyaqo İnyiqes de Onsonyo (Santiago Iñiguez de Onzoño) universitetin Bakıda Liderlik və İnnovasiya Mərkəzinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində bildirib.

"IE universiteti olaraq, təhsil vasitəsilə ölkənin transformasiyasında tərəfdaşınız seçildiyimiz üçün səmimi qəlbdən fəxr edirik. Bir sıra ortaq baxışlarımız var və bəlkə də onların ən vacibləri təhsilin cəmiyyətin inkişafının katalizatoru olduğuna inamdır. Təhsil istənilən cəmiyyətdə ən yaxşı bərabərləşdiricidir. Bu, gəncləri və müxtəlif nəsillərin nümayəndələrini müasirliyin qarşımıza qoyduğu çağırışlara hazırlamağın ən yaxşı yoludur. Siz çox yaxşı investisiya edirsiniz və biz sizin şirkətlərinizin və bir çox digər təşkilatların sıralarını dolduracaq kadrları hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Bundan başqa, bizi sahibkarlıq və innovasiyalara bağlılıq birləşdirir", - o qeyd edib.

Universitetin prezidenti Avropa və Asiyanı birləşdirəcək yeni habın açılması ilə qürur duyduğunu qeyd edərək, perspektivli bir yolun başlanğıcını vurğulayıb.

"Biz MBA proqramının Azərbaycanda tətbiq olunmasından çox məmnunuq. Bizim üçün bu, həyəcanverici bir səyahətin başlanğıcı və bu gənc ölkənin potensialını dərk etmək üçün bir fürsətdir", - S.Onsonyo əlavə edib.

Seçilən
15
far.az

1Mənbələr