AZ

Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan–Qars yolunda baş verdiyi iddia olunan təhlükəli hadisə sürücülər arasında narahatlıq yaradıb.

Avtosfer.az xəbər verir ki, Naxçıvandan Qars istiqamətinə hərəkət edən bir qrup gəncin gecə saatlarında qarşılaşdığı şübhəli anlar avtomobildə quraşdırılmış kamera tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə yolun ortasında köməyə ehtiyacı varmış kimi oturan şəxslərin sürücüləri dayandırmağa çalışdığı, bunun isə ehtimal olunan “soyğun tələsi” olduğu iddia edilir.

Kadrlarda avtomobilin farları yolu işıqlandırdığı anda yolun ortasında hərəkətsiz oturan bir nəfər görünür. Vəziyyətdən şübhələnən sürücü dayanmaq əvəzinə ehtiyatla yoluna davam edir. Bu zaman yolun kənarındakı qaranlıq sahələrdən digər şəxslərin də hərəkətə keçdiyi müşahidə olunur.

Sürücünün diqqətli davranışı nəticəsində mümkün təhlükənin qarşısı alınıb və ehtimal olunan hücum baş tutmayıb. Hadisə anı saniyə-saniyə kameraya düşüb.

Sərhədyanı istiqamətlərdə hərəkət edən sürücüləri xəbərdar etmək məqsədilə paylaşılan video qısa müddətdə geniş yayılıb və müzakirələrə səbəb olub. İstifadəçilər xüsusilə gecə saatlarında ıssız yollarda daha diqqətli olmağın vacibliyini vurğulayırlar.

Qeyd olunur ki, bu cür halların qarşısının alınması üçün aidiyyəti qurumların nəzarəti gücləndirməsi və təhlükəsizlik tədbirlərinin artırılması zəruridir. Sürücülərə isə tanımadıqları və şübhəli görünən vəziyyətlərdə avtomobili dayandırmamaq, təhlükəsiz məsafəni qorumaq və ehtiyatlı davranmaq tövsiyə olunur.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr