AZ

Abşeronda 40 min manatlıq oğurluq edən şəxs saxlanıldı

BAKI, 28 aprel. TELEQRAF

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.

Araşdırma aparılır.

Seçilən
55
20
teleqraf.com

10Mənbələr