AZ

Tramp III Çarlzın səfəri zamanı kral protokolunu pozub - VİDEO

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı protokol qaydalarını pozduğu iddia edilib.

Redaktor.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, Tramp kralın çiyninə toxunaraq onu salamlayıb. Bu addımın kral protokoluna zidd olduğu bildirilir.

Britaniya mediasının yazdığına görə, kral ailəsinin üzvləri ilə fiziki təmasdan çəkinmək barədə yazılmamış qayda mövcuddur və bu hal dövlət səfərinin ilk günündə, Ağ Evə gəliş zamanı qeydə alınıb.

Bədən dili üzrə mütəxəssis Cudi Ceymsin sözlərinə əsasən, çiyinə toxunma həm də siyasi jest kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Trampın əvvəlki davranışlarında da möhkəm əl sıxma tərzi ilə seçildiyi qeyd olunur.

Məlumata görə, III Çarlz və Kraliça Kamillanın ABŞ-yə səfəri 30 aprelədək davam edəcək. Səfər ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə həyata keçirilir və bu, kralın 2007-ci ildən bəri ilk dövlət səfəri sayılır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
40
redaktor.az

1Mənbələr