AZ

“Azərbaycan mətbəxi yaxın illərdə beynəlxalq səviyyədə öz yerini tutacaq” -

Azərbaycanın restoran və kulinariya sektorunun inkişafı, beynəlxalq standartlara inteqrasiya və gənc aşpazların yetişdirilməsi istiqamətində görülən işlər diqqət mərkəzindədir.
Metbuat.az xəbər verir ki, bu fikirləri "Caspian Agro Week", "İnterfood Azerbaijan" və "Horeca Caspian" sərgilərinə hazır olunmuş mətbuat konfransında "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası"nın şöbə müdiri Fərhad Aşurbəyli bildirib. Onun sözlərinə görə, restoran sektorunda əsas prioritet müştəri məmnuniyyətidir və hər bir aşpaz üçün müştəri ən vacib amil hesab olunur.O qeyd edib ki, ölkədə kulinariya sahəsinin inkişafı üçün beynəlxalq standartların tətbiqi artıq başlanılıb və bu istiqamətdə mühüm addımlar atılır.F. Aşurbəyli vurğulayıb ki, beynəlxalq reytinq və qiymətləndirmə sistemləri ilə məşğul olan təşkilatlar artıq Azərbaycana maraq göstərir, onların nümayəndələri ölkədə olub və sektorun vəziyyətini qiymətləndiriblər. Onun sözlərinə görə, yaxın illərdə Azərbaycan mətbəxi beynəlxalq arenada daha geniş tanınacaq.Eyni zamanda bildirilib ki, gənc aşpazların inkişafı üçün master-klasslar, ustad dərsləri və seminarlar təşkil olunur, onların beynəlxalq çempionatlarda iştirakı təmin edilir.

"Gənclərin xaricdə, xüsusilə kulinariya sahəsində inkişaf etmiş ölkələrdə təcrübə qazanması üçün imkanlar yaradılır və əldə olunan biliklərin ölkədə tətbiqi sektorun inkişafına mühüm töhfə verir".

Seçilən
26
metbuat.az

1Mənbələr